lider-media.az

Kamilə Əliyeva: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr narahat olur"

Baxış: 1 525 Tarix: 21-02-2026, 20:15

Prezident cənab İlham Əliyevin "Sülh Şurası" toplantısına dəvət olunması ilə əlaqədar ABŞ-a səfəri müddətində yerləşdiyi otelin ətrafında bu ölkədə yaşayan, özlərini "siyasi mühacir" adlandıran bir neçə şərəfsiz, vətən xainləri təxribat törətməyə cəhd etdilər.

Sözsüz ki,  bu əvvəlcədən planlaşdırılmış, müəyyən qüvvələr tərəfindən hazırlanmış senarinin bir hissəsi idi. 
Prezident cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti tək regionda deyil, beynəlxalq aləmdə baş verən siyasi proseslərə təsir göstərə biləcək söz sahibinə malik bir ölkəyə çevrilmişdir.

Azərbaycanın dünyanın ən güclü dövləti olan  ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya  imzalaması, Münhen Təhlükəsizlik Konfransında Avropanın aparıcı dövlətlərinin Azərbaycanı dünyanın siyasi, iqtisadi proseslərdə olduqca önəmli bir dövlət olduğunu vurğulamaları ölkəmizin diplomatik sahədə olduqca böyük uğur qazanmasının nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr də ölkəmizə qarşı təxribatları aktivləşdirməyə çalışır.

ABŞ və Avropa ilə yanaşı ölkəmizin daxilində də dövlətimizə və dövlət başçımıza qarşı təxribatçı hərəkətləri hazırlayan mərkəzlərin olması şübhə doğurmur. ABŞ-da Erməni Milli Komitəsi ilə sıx əlaqədə olan konqresmen Frenk Palloni, Avropa Parlamentində Avropadakı erməni lobbisinin əlində oyuncağa çevrilən korrupsioner deputatlar, eləcə də ölkəmizin daxilində Ramiz Mehdiyevin əlaltıları olan Əli Kərimli və onun silahdaşlarının hərəkətləri dövlətimizə qarşı yönəlmiş alçaq planların tərkib hissəsidir. Əlbəttə ki, xaricdə yaşayan əxlaqsız, şərəfsiz, pula görə dövlətini, xalqını satan bir qrup "bloqerlər" də bu oyunda iştirak edən xırda tör-tökünlülərdir. 


Düşmən qüvvələr heç zaman xalq-iqtidar birliyinə zərrə qədər də ziyan vura bilməz. Azərbaycan xalqı müdrik xalqdır və bu xalqın milli maraqlarını  hər şeydən uca tutan güclü, cəsarətli, dünyanın bir çox dövlət və hökumət başçılarının böyük Lider adlandırdıqları İlham Əliyev kimi Prezidenti və Ali Baş Komandanı var.

Kamilə Əliyeva 
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi