lider-media.az

Fevralın 19-u saat 13:00-a olan faktiki hava

Baxış: 1323 Tarix: 19-02-2026, 13:37

Milli Hidrometeorologiya Xidmətinin fevralın 19-u saat 13:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Şahbuz, Gədəbəy, Zaqatalada yağış, Daşkəsən və Şahdağda isə arabir qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Zəngilan və Daşkəsəndə 23, Lerikdə 22, Şahdağda 21, Mingəçevir və Göygöldə 20, Xaltan və Zaqatalada 18, Gədəbəydə 17, Yardımlı və Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.
Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Ağdam, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi