lider-media.az

Fevralın 20-də gözlənilən hava şəraiti

Baxış: 1517 Tarix: 19-02-2026, 12:46

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi