lider-media.az

Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək

Baxış: 1 265 Tarix: 17-02-2026, 18:08

Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. 
Sözügedən Sazişə əsasən, Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək. 
İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi önəm verdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyata keçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək. 
ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi