lider-media.az

ARAF-ın prezidenti: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”

Baxış: 808 Tarix: 21-05-2024, 14:50

DSX rəsmisi: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”

“Əsas məqsədimiz “Çövkən”i inkişaf etdirmək, təbliğ etmək və bu oyunun həvəskarlarını sevindirməkdir”.

Lider-media.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimində deyib. 

ARAF-ın prezidenti qədim tariximizin təcəssümü olan Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib. Çövkənin qədim tarixindən bəhs edən Elçin Quliyev hər il ənənəvi olaraq  baş tutan Prezident Kubokunun və Beynəlxalq Çövkət Federasiyasının təsis edilməsinin ölkədə bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdıraraq yarış iştirakçılarına yüksək qələbə əzmi, atçılıq məharəti və idman alicənablığı arzulayıb.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi