lider-media.az

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qəbələdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Baxış: 1370 Tarix: 16-02-2026, 16:57

2023-cü ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov fevralın 13-də Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qəbələ rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən kənd təsərrüfatı texnikası, gübrə və pestisidlərlə təminat, texnikanın icarəyə götürülməsi və özəlləşdirilməsi, ehtiyat hissələri ilə təminat və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov Qəbələ rayonunda yerləşən “Savalan” zavodunda istehsalat prosesi ilə tanış olub, müəssisənin iş mexanizmini, saxlama anbarlarını gəzib. Daha sonra intensiv bağlara və üzüm sahələrinə baxış keçirilib, “Aqroservis”  ASC rəhbərinə təsərrüfatın fəaliyyəti və aparılan aqrotexniki tədbirlər haqqında məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi