lider-media.az

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Barış Mançonun xatirəsi anılacaq

Baxış: 1 517 Tarix: 9-02-2026, 15:12


Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 13-də musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini həm Türkiyəyə, həm də dünyaya çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək. 

Bakı Yunus Əmrə İnstitutundan Lider-media.az-a verilən məlumata görə Beynəlxaq Muğam Mərkəzində təşkil olunan tədbirdə Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün, Azərbaycanın əməkdar jurnalisti professor Etibar Babayev və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan çıxış edəcəklər. 
Azərbaycanlıların da ürəkdən sevdiyi Barış Mançonun xatirəsinə həsr olunmuş konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi ifaları, xanəndə Habil Məmmədov və tələbələri tərəfindən Barış Manço mahnılarının ifası dinləniləcək və rəqs nömrələri  ifa ediləcək. 

Səadət 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi