lider-media.az

Bakıda yeni marşrut xətləri açılacaq -BNA

Baxış: 793 Tarix: 4-02-2026, 11:04

Bakı və Bakıətrafı kənd və qəsəbələrdə əhalinin artımı müşahidə edilir. Bu isə nəqliyyata, o cümlədən avtobuslardan istifadəni artırır, yeni marşrut xətləri və avtobuslara zərurət yaradır.

Lider-media.az Modern-az-a istinadla xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə əlavə və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulur. 
Qeyd olunub ki, bir sıra ətraf qəsəbələrdə sıx tikinti və avtobuslar üçün son dayanacağın olmaması çətinliklər yaradır. 

Gün ərzində Bakıda 2300 avtobus fəaliyyət göstərir, ilkin hədəf bu sayı 2800-ə çatdırmaqdır.

“BakuBus” MMC isə 2025-ci ilin sonunda elektrik avtobus parkına əlavə olaraq 200 ədəd elektrik mühərrikli avtobus alındığını və mərhələli şəkildə marşrut xətlərinə buraxıldığını bildirib. 
Qeyd edək ki, hazırda “BakuBus” MMC-nin avtobus parkında ümumilikdə 1494 avtobus mövcuddur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi