lider-media.az

Türkiyə Prezidenti regional məsələlərlə bağlı “Asharq Al-Awsat” portalına müsahibə verib 

Baxış: 1 664 Tarix: 4-02-2026, 10:01




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regional sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müsahibəsi Səudiyyə Ərəbistanının aparıcı nəşrlərindən olan “Asharq Al-Awsat” (“Əş-Şərq əl-Əvsət”) qəzetində ərəb və ingilis dillərində dərc olunub.

Müsahibədə Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin təkcə ikitərəfli deyil, regional sabitlik və ortaq məsuliyyət baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Prezident iqtisadiyyat, investisiya, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan İran ətrafında yaranmış gərginliyə toxunaraq regionun yeni münaqişələrə deyil, dialoqa ehtiyac duyduğunu qeyd edib, Türkiyənin müharibələrin qarşısının alınmasına yönəlmiş diplomatik yanaşmanı dəstəklədiyini bildirib.
Prezident Qəzzada davamlı atəşkəsin təmin olunmasının, humanitar yardımların fasiləsiz çatdırılmasının və ədalətli sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb. O, həmçinin İsrail qüvvələrinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Qəzzadan çıxmasının zəruriliyini qeyd edib.

Müsahibədə Suriyada ərazi bütövlüyünə əsaslanan siyasi həllin vacibliyi diqqətə çatdırılıb. Terrorla mübarizə, milli birlik və regional sabitliyin önəmi vurğulanıb. 

Türkiyə Prezidenti Sudanda sülhün təşviqi, humanitar yardım və yenidənqurma proseslərinə dəstək göstərildiyini vurğulayıb. O, Somalinin ərazi bütövlüyünə qarşı təhdidlərə qarşı beynəlxalq ictimaiyyətin birgə və məsuliyyətli fəaliyyətinin vacibliyini də qeyd edib.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi