lider-media.az

Türkiyənin Ermənistana maddi yardım etməsi ilə bağlı iddialar əsassızdır - RƏSMİ

Baxış: 817 Tarix: 27-01-2026, 11:13

Həqiqəti əks etdirməyən dezinformasiya kimlərə və nəyə xidmət edir? 

Bəzi media resurslarında və sosial şəbəkələrdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün 10 milyon dollar məbləğində maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalanması barədə iddialar tamamilə əsassızdır.

Lider-media.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyalarla Mübarizə Mərkəzi məlumat yayıb.

Məlumatda ictimaiyyətdən ölkəmizi və Türkiyə-Azərbaycan əlaqələrini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur.

Qeyd edək ki, Dezinformasiyalarla Mübarizə Mərkəzi 2022-ci ildə Türkiyədə aparılan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaq məqsədilə yaradılıb.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi