lider-media.az

ABŞ-də qar fırtınası səbəbindən 1 milyondan çox sakin işıqsız qalıb, 11 nəfər ölüb

Baxış: 828 Tarix: 26-01-2026, 11:16

ABŞ-də qar fırtınası səbəbindən bir milyondan çox sakin işıqsız qalıb, 11 nəfər həyatını itirib. 

Elektrik kəsintiləri əsasən ölkənin cənub ştatlarına təsir edib. Məlumata görə, Tennessi ştatında 330 mindən çox, Missisipi ştatında 160 mindən çox, Luizianada 135 mindən çox və Texasda 90 mindən çox müştəri elektriksiz qalıb.

Kolorado, İllinoys, İndiana, Missuri, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada güclü qar yağışı baş verib. Qar və buz səbəbindən ölkə daxilində aviaşirkətlər 11 mindən çox reysi ləğv ediblər.

Fırtına nəticəsində 11 nəfər həyatını itirib. Tennessi, Kanzas, Nyu-York, Texas, Luiziana və Miçiqan ştatlarının hakimiyyət orqanları hava şəraiti ilə bağlı ölüm hallarının olduğunu bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi