lider-media.az

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib

Baxış: 1 045 Tarix: 22-01-2026, 14:48

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib

ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxış edərək İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması ilə bağlı planlarından danışıb.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.

“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, - deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.

“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi