lider-media.az

Kaliforniyanın Los-Anceles şəhərində 20 Yanvar faciəsinin ildönümü anılıb

Baxış: 1 002 Tarix: 22-01-2026, 12:23



Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda “20 Yanvar: Anım və xatırlama” tədbiri təşkil olunub.
Lider-media.az ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğuna istinadla xəbər verir ki, anım tədbirində Los-Ancelesdə yaşayan 60 nəfərədək soydaşımız iştirak edib. Tədbirin açılışında Azərbaycanın Dövlət Himni himni ifa edilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış etmiş Baş konsul Vüqar Qurbanov qonaqlara 20 Yanvar hadisəsinin milli iradəmizin zəfərini təcəssüm etdirdiyini və bunun Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda oynadığı rolu, habelə dövlətimizin 20 Yanvar və digər bütün şəhidlərimizin xatirəsini əməli olaraq uca tutduğunu vurğulayıb. 
Daha sonra çıxış edən faciənin canlı şahidi Qəmər Xəlilova hadisələr barədə tədbir iştirakçılarına məlumat verib, xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə yanaşı qoyulmuş informasiya blokadasının yarılması üçün göstərilmiş səylərlə bağlı xatirələrini bölüşüb. 
Çıxışların ardınca musiqiçilər Emin Kərimi, Bəhmən Mirzəzadə və Əmir Bayat tərəfindən həzin ruhlu Azərbaycan musiqiləri ifa edilib. 
Musiqi ifalarından sonra Xəzər dənizində fəaliyyət göstərən gəmiçilərin qəhrəmanlıqlarını özündə əks etdirən “20 yanvarda doğulanlar” filmi nümayiş edilib.
Həmçinin, tədbir zamanı 20 Yanvar faciəsini özündə əks etdirən sərgi nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi