lider-media.az

Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib

Baxış: 1369 Tarix: 21-01-2026, 11:34

  •  
  • Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib.

Lider-media.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib:

"Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ-nin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ-yə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi