lider-media.az

Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub

Baxış: 1342 Tarix: 14-01-2026, 16:46

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində Eilat şəhərində fəaliyyət göstərən Milli Akvakultura Mərkəzinin və “Sea‑Novation” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

İlk olaraq Milli Akvakultura Mərkəzinə səfər edən nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz İsrail hökumətinin Eilat regionu dəniz və səhra məhsullarının istehsalı üzrə ixtisaslaşmış mərkəzə çevirmək strategiyasının tərkib hissəsi kimi yaradılıb. Ən müasir biotexnologiyaların tətbiq və nümayiş olunduğu bu Mərkəzin əsas hədəflərindən biri Qırmızı dəniz regionunda unikal dəniz fermalarının yaradılması və akvakultura tədqiqatlarının inkişaf etdirilməsidir. Burada Eilat körfəzinin təbii üstünlüklərindən istifadə etməklə dəniz məhsullarının müasir üsullarla istehsalı həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan və İsrail arasında akvakultura və aqrar sahədə biotexnologiyaların tətbiqi, mütəxəssis hazırlığı, kadr mübadiləsi və birgə elmi-tədqiqat layihələrinin icrası imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Eilat regionunda fəaliyyət göstərən “Sea-Novation” İnnovasiya Mərkəzinə baş çəkib. Burada kənd təsərrüfatında innovativ həllərin tətbiqi, Akselerasiya Proqramları çərçivəsində dəstəklənən startaplar və startap ekosisteminin inkişaf mexanizmləri ilə tanışlıq olub. Qeyd edilib ki, Mərkəz biotexnologiya, akvakultura və dəniz elmləri sahəsində tədqiqat və təşəbbüsləri dəstəkləməklə yanaşı, Eilat regionunun elmi və texnoloji potensialından səmərəli istifadəyə şərait yaradır. Təqdimatlar zamanı tərəflər innovasiyaların tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətlərini geniş müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi