lider-media.az

XXV Qış Olimpiadasının keçiriləcəyi məkanda mühafizəçinin ölümü narahatlıq doğurdu  

Baxış: 1 251 Tarix: 12-01-2026, 18:48

 İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək 2026 XXV Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanın yaxınlığında tikinti sahəsinin mühafizəçisi ölüb.

Lider-media.az xarici mediaya istinadla xəbər verir ki, Kortina d'Ampetsonun buz arenasına bitişik ərazidə baş verən 55 yaşlı işçinin ölümü rəsmi dairələri narahat edib. İtaliyanın İnfrastruktur naziri Matteo Salvinini vəziyyətin tam araşdırılmasını tələb edib.

Müəyyən edilib ki, işçinin ölümünə havanın həddindən artıq soyuq, yəni 12 dərəcə şaxta olması səbəb olub.  

 Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək davam edəcək.

Xatırladaq ki, İtaliya 1956-cı və 2006-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi