lider-media.az

Abunəçilər 5 internet provayderindən daha çox narazıdırlar  

Baxış: 568 Tarix: 9-01-2026, 17:47


Azərbaycanda ötən ilin dördüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Flexnet" MMC (14,99), "Sline" MMC (14,12), "Eurosel" MMC (8,61), "Maxinet" MMC (4,32), "Metronet" MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Metronet" MMC (16 gün), "Flexnet" MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), "Megalink" MMC (13 gün), "Azfibernet" MMC (13 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi