lider-media.az

Evdə sosial xidmət göstərilən daha bir ahıl vətəndaşın 100 illiyi qeyd edildi

Baxış: 1425 Tarix: 8-01-2026, 14:18

DOST Agentliyinin 5 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evində sosial xidmət göstərilən daha bir ahıl vətəndaşın – Gilə Novruzovanın 100 illik yubileyini onunla birlikdə qeyd ediblər.

Gilə Novruzovanı evində ziyarət edən Mərkəzin əməkdaşları onu doğum günü münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və kollektivi adından ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan G.Novruzova ona göstərilən diqqətə görə təşəkkür edib.

1926-cı ildə Qərbi Azərbaycanda anadan olan Gilə Novruzova İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə medal və ordenlərlə təltif edilib. Ona 2023-ci ildən 5 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial-məişət xidməti göstərilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi