İtkin düşən vətəndaşlarımızın sayı artıq 4004 nəfərdir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yenilənib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Həmin şəxslərdən 3998 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşənlərdir.
Birinci Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3217 nəfəri hərbçilər, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir.
İtkin düşən şəxslərdən 3710 nəfər kişi, 288 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 203 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.