lider-media.az

Türkiyənin tanınmış media influenserləri ölkəmizə səfər ediblər

Baxış: 1383 Tarix: 6-01-2026, 15:38

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası, sənaye və investisiya potensialı barədə məlumat verilib.

Türkiyənin tanınmış sosial media influenserlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Türkiyədə Azərbaycan Ticarət Nümayəndəliyinin Aparatının təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində qonaqlar Bakı, Şuşa, Xankəndi və Ağdam şəhərlərində, həmçinin Ağdam Sənaye Parkında olublar.

Səfər zamanı influenserlərə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası, sənaye və investisiya potensialı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib. Qonaqlara bildirilib ki, Ağdam Sənaye Parkı regionun sənaye mərkəzlərindən birinə çevrilməkdədir və burada yerli və xarici investorlar üçün geniş imkanlar yaradılıb.

Eyni zamanda, Şuşa və Xankəndi şəhərlərində aparılan abadlıq, infrastruktur və mədəni irsin bərpası istiqamətində görülən işlər diqqətə çatdırılıb, bu ərazilərin turizm və mədəniyyət baxımından böyük potensiala malik olduğu vurğulanıb. İnfluenserlər səfər təəssüratlarını, gördükləri inkişaf nümunələrini və yeni reallıqları sosial media platformalarında geniş izləyici auditoriyası ilə bölüşüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi