lider-media.az

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirdi (FOTO/VİDEO)

Baxış: 1559 Tarix: 6-01-2026, 13:53

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirdi (FOTO/VİDEO)
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyib.
V.Eyvazov qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
General-polkovnik həmçinin polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi