lider-media.az

Bayram günlərində ADY xətti ilə 63 min sərnişin daşınıb

Baxış: 389 Tarix: 5-01-2026, 14:34

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvar qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb.

Qeyd olunan dövrdə, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu üzrə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla), digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) istiqamətlər üzrə isə 5 263 nəfər daşınıb.

Qeyd edək ki, ADY qeyd olunan tarixlərdə-gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi