lider-media.az

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bayram və istirahət günləri ilə əlaqədar əhaliyə MÜRACİƏTİ

Baxış: 1838 Tarix: 30-12-2025, 13:43

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır.

Xüsusilə yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır.

Unutmayaq ki, sağlamlıq hər birimizin birgə məsuliyyətidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi