lider-media.az

Dövlət Xidməti: Azərbaycanda akkreditasiya sahəsində pozuntular müşahidə edilir

Baxış: 329 Tarix: 20-05-2024, 13:27

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti 2023-2024-cü illərdə akkreditasiya edilmiş qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulması halları müşahidə edilib.

Lider-Media.az xəbər verir ki, bunu Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.

Onun sözlərinə görə, xüsusilə 37 uyğunluğu qiymətləndirən qurumda araşdırma aparılıb: "Araşdırmalar zamanı həmin qurumlarda səlahiyyətlərindən yayınma, eyni zamanda bir sıra digər pozuntular aşkarlanıb."

O qeyd edib ki, hesabat dövründə əsasən 16 halda akkreditasiya sahəsindən yayınma, 4 halda akkreditasiya olunmadan fəaliyyət göstərmə, 2 halda isə sənədlərin təsdiq edilmiş formaya uyğunsuzluğu aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi