lider-media.az

Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Baxış: 1496 Tarix: 29-12-2025, 10:34

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində Bakı şəhərinin Qaradağ rayonunun ərazisindəki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Ümid” qəsəbəsində ağacəkmə aksiyası təşkil edib.

Aksiyada Dövlət Komitəsini Mənzil İstismar Departamentinin (MİD) rəhbəri Səbuhi Əhmədov, departamentin tabeliyində olan digər mənzil-kommunal istismar sahələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində həm torpaq-iqlim şəraitinə uyğun həmişəyaşıl ağaclar, həm də zeytun ağacları əkilib.

Ağacəkmə aksiyası yaşıllıq sahələrinin artırılmasına, ekoloji mühitin qorunmasına xidmət edir. Tədbirin məqsədi təbiətin mühafizəsinə diqqəti artırmaq və yaşıllığın genişləndirilməsinə töhfə verməkdir.

Qeyd edək ki, Dövlət Komitəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ekoloji təşəbbüslərə xüsusi önəm verir və genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edilir. 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi