lider-media.az

Şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib

Baxış: 899 Tarix: 28-12-2025, 18:50


"Modern İnkişaf və Ailə" İctimai Birliyi və “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib.

Lider-media.az xəbər verir ki, tədbirdə iştirak edərək çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğından danışıb. O qeyd edib ki, dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, onların övladlarının daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İradə Muradova uşaqları Yeni il münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb. 

Daha sonra "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək bu cür tədbirlərin şəhid və qazi ailələri üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. QHT sədri uşaqların sevincinin hər kəs üçün dəyərli olduğunu bildirərək təşkilat adından onlara xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib,  bu kimi sosial yönümlü layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Sonda maraqlı əyləncə proqramı çərçivəsində uşaqlara Yeni il hədiyyələri təqdim edilib. Tədbir balacalarda xoş təəssüratlar oyadıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi