lider-media.az

Ceyhun Bayramov: Vizasız rejim tətbiq olunan ölkələrin ümumi sayı 74-ə çatıb

Baxış: 1 040 Tarix: 26-12-2025, 17:08

Azərbaycanla 5 ölkə arasında viza tələbi ləğv edilə bilər


Vətəndaşların xarici ölkələrə vizasız və rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Lider-media.az modern.az-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, son illərin statistikasına nəzər saldıqda Avropa ölkələri ilə yanaşı Almaniya, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin və s. bir sıra dövlətlərə Azərbaycan vətəndaşlarının vizasız səfər imkanlarının mövcud olduğu görülür.

“2025-ci il ərzində diplomatik və xidməti pasport sahiblərinin vizadan azad olunmasına dair müxtəlif ölkələrlə 10 yeni saziş imzalanıb. Hazırda bu kateqoriya üzrə vizasız rejim tətbiq olunan ölkələrin ümumi sayı 74-ə çatıb.

Bundan əlavə, hazırda 5 ölkə ilə vizadan azadolunma ilə bağlı danışıqlar aparılır. Biz ümid edirik ki, 2026-cı ildə bu siyahıya yeni ölkələrin də əlavə olunacağı ehtimal edilir”,- C.Bayramov bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi