lider-media.az

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi İSO 17025 standartına görə beynəlxalq akkreditasiyasını davam etdirir

Baxış: 1 260 Tarix: 25-12-2025, 17:56

 

 

Nazirlikdən verilən məlumatda bildirilir ki, Türk Akkreditasiya Qurumunun (TÜRKAK) İdarə Heyətinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib. Qərar Mərkəzdə aparılan tədqiqatlarda istifadə edilən metodların standartlaşdırılması və ISO/IEC 17025  “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına görə akkreditasiyası prosesinin davamı olaraq audit heyətinin yekun rəyinə əsasən verilib.

2012-ci ildən etibarən həyata keçirilən bu proses çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin keyfiyyət idarəetmə sisteminin işləkliyi təmin olunub. Tədqiqatların aparıldığı laboratoriyaların işinin standartın tələblərinə uyğunlaşdırılması, texniki təminat məsələlərinin mütəmadi olaraq təkmilləşdirilməsi, ekspertlərin peşəkar yetərliliyinin təmin edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Hazırda Mərkəzdə ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texniki ekspertizaları sahəsində 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu İSO 17025 standartına uyğun akkreditə olunub və beynəlxalq səviyyədə tanınır. Mərkəzdə digər tədqiqat metodlarının da standartlaşdırılması və akkreditasiya tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi