lider-media.az

Bu gün Qarabağa növbəti köç karvanı yola salınıb- Xocalı, Xocavənd, Zəngilan 

Baxış: 889 Tarix: 25-12-2025, 10:05


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147) nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi