lider-media.az

Cihangir İşbilir:“Türkiyə və Azərbaycan arasında media sahəsindəki əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik"  

Baxış: 1 495 Tarix: 25-12-2025, 09:46

Mətbuat müşaviri “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib 

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Lider-media.az xəbər verir ki, Alptekin Cihangir İşbilir özü bu barədə məlumat verib.

Mətbuat müşaviri Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunduğu üçün qürur duyduğunu vurğulayıb. 

“Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik. Media İnkişaf Agentliyinə və 150 illiyini qeyd etdiyimiz köklü Azərbaycan mətbuatının üzvlərinə təşəkkür edirəm”.

Qeyd edək ki, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən TRT, AA, İHA, CNN mətbuat mənsubları da “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi