lider-media.az

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Baxış: 1434 Tarix: 24-12-2025, 15:43

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi