lider-media.az

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub

Baxış: 1 134 Tarix: 24-12-2025, 11:50

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2025-ci il oktyabrın 9-11-də Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb. O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət edib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi