lider-media.az

“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans təşkil edilib

Baxış: 1 144 Tarix: 23-12-2025, 17:17


Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media savadlılığı” Həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda konfrans təşkil olunub.

Media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb. 
İcraçı direktor qeyd edib ki, müasir informasiya mühitində vətəndaşların, xüsusilə gənclərin məlumatı düzgün təhlil etmək bacarığının formalaşdırılması, etibarlı mənbələrə istinadın təşviqi və məsuliyyətli paylaşım mədəniyyətinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.

Daha sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub.  Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən “Media savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilərək media savadlılığının təşviqi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər, infosessiyalar, rəqəmsal platformalar üçün hazırlanan məzmunlar və müxtəlif regionları əhatə edən layihələr barədə ətraflı məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi