lider-media.az

Cevdet Yılmaz: Zəngəzur dəhlizi ilə Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir

Baxış: 793 Tarix: 23-12-2025, 11:50


Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir.

Lider-media.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

C.Yılmaz qeyd edib ki, Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları əhəmiyyətli dərəcədə artıb: “Bu baxımdan Orta Dəhlizin əsas komponentlərindən biri olan Azərbaycanla münasibətlər daha strateji xarakter alıb”.

Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan rolunu qeyd edən C.Yılmaz bildirib ki, ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya prosesləri diqqətlə izlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi