lider-media.az

Amnistiya aktının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində icrası həyata keçirilib

Baxış: 1 106 Tarix: 22-12-2025, 19:03

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının icrası davam etdirilir.

Lider-media.az AƏRTAC-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası insan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyevanın, Milli Məclisin deputatı Zahid Orucun, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin, nazirlik yanında İctimai şuranın, habelə media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunub və azadlığa buraxılması həyata keçirilib.

Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan azad ediliblar.

Qərarın sevincini yaşayan məhkumlar və ailə üzvləri dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

“Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə amnistiya aktının icrasını təmin edirlər”, - deyə məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi