lider-media.az

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib

Baxış: 874 Tarix: 22-12-2025, 15:07

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi