lider-media.az

Tahsin Ərtoğruloğlu: "Kipr adasında ədalətli həll yalnız iki suveren dövlət modeli ilə mümkündür"

Baxış: 1 723 Tarix: 19-12-2025, 19:44



Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu dezinformasiyanın Kıbrıs türk xalqının reallıqlarının planlı şəkildə təhrif edilməsinə və insan hüquqlarının pozulmasına səbəb olduğunu deyib. 
O, Şimali Kipr Türk Cümhuriyyətinin regional və beynəlxalq mediada, xüsusən Türk Dövlətləri Təşkilatı çərçivəsində daha geniş təmsil olunmasının əhəmiyyətini vurğulayıb. 
  Ərtoğruloğlu Türkiyənin dəstəyinin Kipr Türk xalqına güc verdiyini və tək olmadıqlarını göstərdiyini qeyd edib O, adada davamlı və ədalətli həllin yalnız iki suveren dövlət modeli ilə mümkün olduğunu vurğulayıb. 
 Dezinformasiya və rəqəmsal təbliğata qarşı koordinasiyalı tədbirlərin vacib olduğunu söyləyən nazir Şimali Kipr Türk Cümhuriyyətinin bu səylərə fəal qatılmağa hazır olduğunu ifadə edib.
 
 Səadət
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi