lider-media.az

Hakan Fidan: “Kipr Rum Administrasiyası hər vəchlə bizə mane olmağa çalışır”

Baxış: 975 Tarix: 19-12-2025, 19:32


 
Kipr Rum Administrasiyası tezliklə Avropa Ittifaqına (Aİ) sədrlik edəcək və beynəlxalq platformalarda fürsət tapdıqca Türkiyəyə mane olacaq. Kipr Rum Administrasiyası Aİ ilə Türkiyə arasında böyük bir maneədir"
Lider-media.azın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan  TRT World-də yayımlanan "Birə bir" proqramında aktual mövzularla bağlı sualları cavablandırarkən səsləndirib. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Yunan Kipr Administrasiyasının Aİ-yə sədrliyi üzərinə götürməsi Türkiyə üçün həm çağırış, həm də fürsətdir. 
İki dövlətli həllin Kipr probleminin yeganə real həlli olduğunu vurğulayan Fidan, türk tərəfinin keçmiş planlara müsbət yanaşdığını, rumların isə onları rədd etdiyini bildirib. O, həmçinin Kiprdə iqtisadi inkişaf və əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin vacibliyini qeyd edib. Fidan əlavə edib ki, köhnə təfəkkürdən uzaqlaşaraq adanı cənnətə çevirmək imkanı vardır. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi