lider-media.az

Azərbaycan-Şimali Kipr dostluğunu əks etdirən sərgidə 200-ə yaxın əsər nümayiş olunub

Baxış: 543 Tarix: 18-12-2025, 19:19


Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqında Beynəlxalq Qalereyanın direktorları Elnurə İsgəndərovanın moderatoru və Aygün Əzizovanın layihə rəhbəri olduğu "Qardaşlığımız əbədidir" adlı rəsm sərgisinin açılışı olub.

 
Lider-media.az xəbər verir ki, sərgi Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) Bakı Nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə ərsəyə gəlib. 
Sərgidə müxtəlif yaş qruplarından olan gənc və peşəkar rəssamların Şimali Kipr, Türkiyə və Azərbaycanın mədəni, tarixi gözəllikləri və bu ölkələrin əbədi qardaşlığını əks etdirən 200-ə yaxın əsər sərgilənib.
Sərginin açılışında Rəssamlar İttifaqının sədi Fərhad Xəlilov, Şimali Kipr Türk Cumhuriyyətinin  Bakı Nümayəndəliyinin rəhbəri xanım Ufuk Arça Turganer, Milli Məclisin deputatı, Azerbaycan – Şimali Kipr Türk Cumhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva iştirak ediblər. 

Qeyd edək ki, sərginin ən böyük özəlliyi isə gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer almasıdır. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi