lider-media.az

Ankarada Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

Baxış: 949 Tarix: 18-12-2025, 14:18


Türkiyənin paytaxtı Ankarada Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. 

Lider-media.az xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.

Forumun məqsədi Türk dövlətlərinin yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxslərini, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsini təşviq edir. 

Tədbirdə Türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi