Bəzən bir çamadan insanın bütün həyatına çevrilir. İçində bir neçə geyim, bir neçə şəkil, bir də ürəkdən qopmayan Vətən həsrəti… Dünyanın harasında olmasından asılı olmayaraq, miqrantın yolu həmişə ümidlə başlayır. Amma bu ümid çox vaxt sınaqlardan, çətinliklərdən, ayrılıqlardan keçir.
Məlum olduğu kimi, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.
18 dekabr – Beynəlxalq Miqrant Günü müasir dünyanın ən həssas və eyni zamanda ən aktual mövzularından birinə diqqəti yönəldir. Rəqəmlərin arxasında gizlənən insan hekayələrini, susqun zəhməti, səssiz dözümü yada salır. Bu tarix insan talelərinin sərhədləri aşdığı, ümidlərin yol yoldaşı olduğu, bəzən zərurətin, bəzən də seçimin insanları doğma yurddan uzaqlara apardığı miqrasiya proseslərinin mahiyyətinə diqqət çəkir. Miqrasiya sadəcə coğrafi məkan dəyişikliyi deyil, həm də insanın öz taleyi ilə üz-üzə qalmasıdır.
Tarixən mövcud olan miqrasiya prosesi çağdaş dövrdə daha çox aktuallaşıb və qlobal sosial proseslərə ciddi nüfuz etməkdədir. Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesi və etnik yerdəyişmələr ən problemli, həssas məsələ kimi gündəmdədir. Bu proses ölkədaxili miqrasiya, bir ölkədən başqa ölkəyə miqrasiya, insan alveri, leqal və qeyri-leqal miqrasiya,etnik münaqişələr, sərhədlərin dəyişməsi, məcburi köçkün və qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər, zəka axını, əməkçi miqrantlar, tranzit miqrantlar, miqrasiya prosesinin dövlətlərarası əlaqələrə təsiri və digər formalarda təzahür etməklə hər bir dövlətin xarici və daxili siyasətində önəmli yerlərdən birini tutur.
Bu gün dünyada miqrantların hüquqlarının qorunması və miqrasiya proseslərinin tənzimlənməsi ən aktual məsələlərdən birinə çevrilib. Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın artdığıını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların əksəriyyətini əməkçi miqrantlar təşkil edir.
Hazırda bəşəriyyət ikinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur. İndi dünyada ümumilikdə 65,3 milyon nəfər məcburi olaraq öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların böyük əksəriyyəti – təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir.
Dünyanın müxtəlif guşələrində milyonlarla insan doğma evindən uzaqda çörək qazanır, yeni həyata uyğunlaşmağa çalışır. Onlar yad küçələrdə tanımadıqları dillə danışır, yad baxışlar arasında öz kimliyini qorumağa çalışırlar. Miqrant üçün hər səhər yeni bir imtahandır – yaşamaq, qəbul olunmaq, möhkəm dayanmaq imtahanı.
Azərbaycan tarixən miqrasiya proseslərinin həm iştirakçısı, həm də şahidi olmuş ölkələrdən biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Miqrant həyatının acısını və ağırlığını yaşamış soydaşlarımız belə talelərin yaxşı anlayır, həsrətin nə demək olduğunu dərindən hiss edirlər. Elə buna görə də ölkəmizdə miqrantlara münasibət humanizmə, tolerantlığa və qarşılıqlı hörmətə söykənir. Azərbaycan multikultural dəyərlərin yaşadığı, fərqli mədəniyyətlərin bir-birinə sığınacaq tapdığı bir məkan kimi tanınır.
Müstəqil Azərbaycan Respublikasında miqrasiya siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində miqrasiya sahəsində müasir idarəetmə mexanizmləri formalaşdırılmış, qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti miqrasiya proseslərinin şəffaf, təhlükəsiz və humanist prinsiplər əsasında tənzimlənməsinə xidmət edir.
Beynəlxalq Miqrant Günü həm də miqrantların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial təminat məsələlərinin aktuallığını ön plana çıxarır. Miqrantlar cəmiyyətin passiv müşahidəçiləri deyil, iqtisadi inkişafın, mədəni müxtəlifliyin və sosial dinamikanın fəal iştirakçılarıdır. Onların əməyi, bilik və bacarıqları yaşadıqları ölkələrin inkişafına mühüm töhfə verir.
Eyni zamanda bu gün miqrantların qarşılaşdığı çətinlikləri də unutmamaq lazımdır. Dil baryeri, mədəni fərqlər, sosial uyğunlaşma problemləri bəzən onların həyat yolunu daha da mürəkkəbləşdirir. Beynəlxalq ictimaiyyətin və ayrı-ayrı dövlətlərin vəzifəsi miqrantların ləyaqətini, hüquq və azadlıqlarını qorumaq, onlara bərabər imkanlar yaratmaqdır.
Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək miqrasiya sahəsində qlobal təşəbbüslərə fəal şəkildə qoşulur. Ölkəmizin təcrübəsi göstərir ki, düzgün və balanslaşdırılmış miqrasiya siyasəti həm milli maraqlara, həm də humanitar dəyərlərə xidmət edə bilər.
Bu gün müstəqil Azərbaycan miqrasiya məsələlərinə yalnız inzibati yox, həm də insani prizmadan yanaşır. Dövlət siyasətinin mərkəzində insan amili dayanır. Miqrasiya sahəsində aparılan islahatlar, yaradılan şəffaf və çevik mexanizmlər miqrantların hüquqlarının qorunmasına, onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Çünki miqrant yalnız işçi qüvvəsi deyil – o, cəmiyyətin canlı bir parçasıdır. Onların əməyi şəhərlərin işığında, fabriklərin səsində, evlərin istiliyində hiss olunur.
Beynəlxalq Miqrant Günü bizi bir daha düşünməyə vadar edir: miqrant yalnız statistika deyil, o, bir insan, bir ailə, bir taledir. Sərhədlər dəyişə bilər, ünvanlar fərqli ola bilər, lakin insanın təhlükəsiz və ləyaqətli həyat arzusu dəyişməzdir. Bu arzunun gerçəkləşməsi isə yalnız qarşılıqlı anlayış, əməkdaşlıq və humanizm prinsipləri əsasında mümkündür.
Sərhədlər xəritələrdə çəkilir, amma insan talelərində yox. İnsan üçün əsas olan təhlükəsizlik, ləyaqət və sabaha inamdır. Bu dəyərlər qorunduqda miqrasiya ayrılıq yox, yeni başlanğıc ola bilər.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
ANAR ƏHMƏDOV: "İBLİSİN ÖVLADLARI"
Azərbaycanın və Pakistanın ədliyyə orqanları arasında əməkdaşlıq daha da genişləndirilir
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
İyulun 21-də gözlənilən hava şəraiti
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
Yanvar-iyun aylarında 22552 uşağa reabilitasiya xidmətləri göstərilib
“Qanvermə mifləri və reallıqlar: Səhiyyə Nazirliyinin anestezioloq-reanimatoloqundan vacib açıqlamalar
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir: Biçindən sonra əkin sahələrini yandırmayın!
Türkiyə mədəni irsin qorunmasına töhfəsini gücləndirir - Antalyanın qədim irsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə yeni benefisiarlar qəbul edilib
Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
İyulun 18-də gözlənilən hava şəraiti
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Sosial saat”ın budəfəki buraxılışı "Çağrı mərkəzi"ndə xidmətlərin təşkili və təkmilləşdirilməsi mövzusuna həsr olunub
Baş Qərargah rəisinin Belarus Respublikasına səfəri davam edir

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması