lider-media.az

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Baxış: 1341 Tarix: 16-12-2025, 10:05

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və  "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi