lider-media.az

Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər davam edir

Baxış: 1646 Tarix: 15-12-2025, 16:53

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonu M.Mehdizadə və N.Aslanov adına tam orta məktəblərin və Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin şagirdləri üçün ekoloji maarifləndirici görüşlər təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlər zamanı ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, eləcə də flora və fauna növlərinin qorunması barədə ətraflı məlumat verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici görüşlərin əsas məqsədi yeniyetmələrdə təbiətin qorunması ilə bağlı bilik və bacarıqları inkişaf etdirmək, ekoloji məsuliyyət hissini artırmaq, ekoloji davranış qaydalarına əməl edilməsi vərdişlərini formalaşdırmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi