Qadınlar üçün gündə neçə addım getmək daha faydalıdır?


Elm adamları 10.000 addım getməyin mif olduğunu deyirlər.
Lider-media.az yeni elmi araşdırmalara istinadla xəbər verir ki, yaşlı qadınlar gündə cəmi 4000 addım atmaqla erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Bu, gündəlik 10.000 addım atmağın geniş şəkildə qəbul edilmiş meyarına meydan oxuyur və mütəxəssislər gəzinti yolu ilə sağlamlıq faydalarına nail olmaq üçün “daha yaxşı” və ya “ən yaxşı” nümunənin olmadığı qənaətini verir.
Tədqiqat, kifayət qədər oturaq olan qadınlarla müqayisədə həftədə bir və ya iki gün gündə 4000 addım atanların hər hansı səbəbdən ölüm riskinin 26 faiz, ürək xəstəliyinə tutulma riskinin isə 27 faiz daha az olduğunu müəyyən edib.
Həftənin üç günü buna nail olmağın daha çox faydası var. Bu, erkən ölüm riskini 40 faiz, ürək xəstəliyi riskini isə 27 faiz azaldır.