Tamam Cəfərova ADPU-nun Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbirdə iştirak edib




Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir təşkil olunub.
Tədbir öncəsi Milli Məclisin deputatı, dosent Tamam Cəfərova, filialın direktoru dosent Tünzalə Yusifova və professor-müəllim heyəti Ulu Öndərin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Mərasim filialın akt zalında davam edib. Dövlət Himni səsləndirildikdən və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderin zəngin irsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən direktor Tünzalə Yusifova Heydər Əliyev irsinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki əhəmiyyətini vurğulayıb və Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini bildirib.
Tədbirdə çıxış edəm millət vəkili, dosent Tamam Cəfərova Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi tarixi rolunu xüsusi qeyd edib. Tamam Cəfərova həmçinin Ulu Öndərin təhsilə, gənclərə və intellektual potensialın inkişafına göstərdiyi diqqəti vurğulayaraq, onun xaricdə təhsil siyasətinin bu gün ölkəmizə yüksək hazırlıqlı və vətənpərvər gənclər qazandırdığını bildirib. O, müasir Azərbaycan dövlətinin gücü və beynəlxalq nüfuzunun Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə dosent Mayıl Alıcanov və digər əməkdaşlar çıxış ediblər. Bədii hissədə tələbələr Zəlimxan Yaqubun “Heydər xalq deyəndə, xalq Heydər dedi” kompozisiyasını səsləndiriblər.
Sonda Tamam Cəfərova tələbələrlə görüşərək fikirlərini bölüşüb və xatirə şəkilləri çəkdirilib.
Səadət