lider-media.az

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

Baxış: 1633 Tarix: 12-12-2025, 13:49

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 16 ailə - 74 nəfər köçürülür.Həsənrizə köçən ailələr Tərtər şəhərindəki Bayraq meydanından yola salınıb.

Uzun illərdən sonra yurdlarına yola salınan sakinlər qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Ailələr bildiriblər ki, doğma torpaqlarına qayıdış onlar üçün təkcə yaşayış şəraitinin yaxşılaşması deyil, həm də illərlə davam edən Vətən həsrətinin sona çatması deməkdir. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi