lider-media.az

Bu gün Beynəlxalq Dağlar Günüdür

Baxış: 1263 Tarix: 11-12-2025, 20:22

11 dekabr tarixi BMT Baş Assambleyasının qərarı ilə 2003-cü ildən etibarən hər il Beynəlxalq Dağlar Günü kimi qeyd olunur.
 Dağlar planetimizin ən həssas və eyni zamanda ən qiymətli ekosistemlərindən biridir. Bu günün əsas məqsədi dağ ekosistemlərinin qorunmasının strateji əhəmiyyətini vurğulamaq, onların ekoloji, iqtisadi və mədəni roluna dair ictimai məlumatlılığı artırmaqdır.
Bu il Beynəlxalq Dağlar Günü “Buzlaqlar dağlarda və ondan kənarda su, qida və dolanışıq üçün həyati əhəmiyyət daşıyır” mövzusuna həsr olunub. Bu mövzu dağlıq ərazilərin qlobal şirin su ehtiyatlarının əsas mənbəyi olduğunu xatırladır və buzlaqların sürətlə əriməsinin qarşısını almaq üçün təcili tədbirlərə çağırır.
Qeyd edək ki, UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2025-ci ili Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edib. Bu təşəbbüs buzlaqların, qar örtüyünün və daimi buzun iqlim sistemi və hidroloji dövr üçün kritik roluna diqqət çəkməyi, həmçinin onların itməsi ilə bağlı sosial, iqtisadi və ekoloji risklər barədə qlobal məlumatlılığı artırmağı hədəfləyir.
Dağları qorumaq — suyu, həyatı və gələcəyi qorumaq deməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi