lider-media.az

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib

Baxış: 1186 Tarix: 11-12-2025, 16:15

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə həmin ölkənin Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov Milli gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmiş Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu deyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.

K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi