lider-media.az

Tanınmış şəxslər Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər

Baxış: 1326 Tarix: 11-12-2025, 15:07

Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloger və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək, söhbət edib, habelə  müəssisənin şəraiti ilə yaxından tanış olublar.

Uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi