lider-media.az

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 1188 Tarix: 11-12-2025, 14:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin təkmilləşdirilməsi, habelə bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi